Hansı işlərdə
faydalı ola bilər?
AzSLM-in praktiki qiymətləndirmələrində sənədlər üzrə sual-cavab, mətnlərin ümumiləşdirilməsi, göstərişlərin anlaşılması və strukturlaşdırılmış məlumatlarla işləmək kimi ssenarilər yer alacaq.
Ayrıca tətbiq istiqaməti SİLAB-ın agent qurucusu üçün lokal köməkçi olacaq: istifadəçi sorğusundan iş axını hazırlamaq, mövcud agentə dəyişiklik təklif etmək, hesablanmış analitikanı izah etmək və icra qeydlərindəki problemləri araşdırmağa kömək etmək.
Əsas ünsiyyət dili Azərbaycan dili olacaq. Bununla yanaşı, texniki tapşırıqlar üçün kod, API adları, konfiqurasiyalar və başqa dillərdə yazılmış xəta mesajlarının düzgün anlaşılması da qiymətləndiriləcək.
Agent qurucusu bir tətbiq nümunəsidir. AzSLM-in tədqiqat dəyəri yalnız bu məhsulla məhdudlaşmayacaq.